Neftçala avtovağzalı uğurunda böyük savaş gedir. Bu barədə Gunxeber.com-a rayon sakinləri məlumat verib. Onların bildirdiyinə görə, savaşın əsas mərkəzində köhnə avtovağzalın ərazisinin ələ keçirilməsi durur. Neftçala rayon Maliyyə Şöbəsinin müdiri Rəşid Manafov köhnə avtovağzalın ərazisində mebel fabriki açmağı planlaşdırır. Sakinlər bildirilər ki, R.Manafov hər yerdə deyir ki, bunu ona icra başçısı İsmayıl Vəliyev tapşırıb: “Rəşid Manafov hamıya deyir ki, kimin etiraz etməsinin, yuxarılara şikayət yazmasının heç bir xeyri olmayacaq. Çünki köhnə avtovağzalın ərazisində icra başçısı ilə birlikdə biznes obyektləri tikdirəcəklər”. Sakinlər onu da bildirirlər ki, köhnə avtovağzalın ərazisi isə avtovağzalın sabiq müdiri tərəfindən özəlləşdirilib. Sabiq müdir isə ərazinin ondan alınmasına dirəniş göstərir və buna görə də hazırda Neftçalada icra başçısının da adının qarışdığı böyük savaş gedir. Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?