GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” - Generalların işi ilə bağlı ŞOK FAKTLAR

“BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” - Generalların işi ilə bağlı ŞOK FAKTLAR

Tarix: 28-06-2018, 15:01 Bölmə :Cəmiyyət Baxış: 392
“BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” - Generalların işi ilə bağlı ŞOK FAKTLAR


Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında bəzi yeniliklərin olduğu barədə xəbər vermişdik.

gundemxeber.az bildirir ki, “AzPolitika.info” ya verilən məlumatda istintaqın Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun məsuliyyətə cəlb olunması üçün əsasların olmadığı qənaətinə gəldiyi iddia edilirdi.

DGK-nin Tibbi Xidmət İdarəsinin 6 əməkdaşının həbsə alındığı, İdarənin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyev barədə cinayət işi qaldırıldığı halda, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəm yalnız 1 nəfərə qarşı ittiham irəli sürülməsi də (314.2 -səhlənkarlıq maddəsi ilə) bununla bağlanılırdı.

Ancaq həbs olunan Gömrük Komitəsinin əməkdaşlarının yaxınlarından saytımıza daxil olan məlumatlar bu məsələdə əsas günahkarların məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinin və əməkdaşlarının olduğunu düşünməyə əsas verir. Belə ki, onların saytımıza verdiyi bilgiyə görə, məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən icazəsiz, bu qurum əməkdaşları şərait yaratmazsa ölkəyə nəinki hansısa dərmanları, bahalı dərman vasitələrini, heç adi kibriti belə qeydiyyatsız keçirmək mümkün deyil.
Bu iddiaları “AzPolitika.info”ya başqa məlumatlı mənbə də təsdiqləyir.

“Uzun illər boyu Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bahalı dərman vasitələri xəstə bezi və pampers kimi qeydiyyata alınaraq, ölkəyə buraxılıb.Bununla həm dövlətin milyonlarla manat vəsaiti mənimsənilib, həm də tərkibi yoxlanılmadan ölkəyə gətirilən dərmanlar əhalinin sağlamlığına təhlükə yaradıb.Bunları İdarənin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun xəbəri olmadan həyata keçirilməsi mümkün deyil” – deyə, mənbə bildirib.

Bildirilir ki, bu işdə əsas məsuliyyəti də DGK-nin Tibbi Xidmət İdarəsi deyil, məhz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi daşıyır: “Onlar bu malların ölkəyə gətirilməsinin qarşısını alsaydı, Tibbi Xidmət İdarəsi necə dövriyyəyə buraxar bilərdi? Gömrükdə hamı bilir ki, Fikrət Qədiməliyev başda olmaqla Tibbi Xidmət İdarəsinin əməkdaşları verilən tapşırıqları yerinə yetirib. Əlbəttə, onlar da məsuliyyət daşıyır. Ancaq əsas fiqur deyillər.”

Mənbənin sözlərinə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarını, o cümlədən İdarənin rəisi, general-mayor Sadiq Abduyevi, eləcədə 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu məsuliyyətə cəlb etməyə əsas verən çoxsaylı digər faktlar da əldə edilib.

“Bu faktların gözardı edilməsi, kimlərinsə hansısa səbəbdən məsuliyyətdən yayındırılması mümkün deyil. İstintaqın yekununda vəzifəli şəxslər də daxil, hələ bir çox gömrük əməkdaşının həbsə alınacağı gözlənilir” – deyə, mənbə bildirib.

Xatırladaq ki, bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib.Əvvəlcə Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Beş vəzifəli şəxs həbs olunub.

Sonra “dərman mafiyası”na qarşı əməliyyatlar Dövlət Gömrük Komitəsində davam etdirilib. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası”nın üzvləri ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Əməliyyatdan sonra həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qanunsuz dərman dövriyyəsinə görə 6 nəfər həbs edilib

    Qanunsuz dərman dövriyyəsinə görə 6 nəfər həbs ...

    7-05-2018, 20:47

  • 
  • “Dərman mafiyası”na görə işdən çıxarılan generalın yerinə TƏYİNAT

    “Dərman mafiyası”na görə işdən çıxarılan ...

    15-05-2018, 11:37

  • 
  • Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəməyə verildi

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəməyə ...

    20-10-2017, 17:55

  • 
  • "DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI GENERALLAR MƏSULİYYƏTDƏN NİYƏ KƏNARDA QALIRLAR?

    "DƏRMAN MAFİYASI”NIN “PİRAMİDA”SINDAKI ...

    29-05-2018, 17:14

  • 
  • “Dərman mafiyası” üçbucağında kimlər dayanıb? - YENİ TƏFƏRRÜATLAR

    “Dərman mafiyası” üçbucağında kimlər dayanıb? - ...

    17-05-2018, 17:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu