İyunun 27-dən Avtovağzalın qarşısından "Delfin" otelə kimi olan yolda aparılan təmir işləri nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.
BBC News Azərbaycancaya danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas tıxaca səbəb olan təmir işləri 2-3 gün çəkəcək.
Onun sözlərnə görə, Beynəlxalq Avtovağzalın qarşısından Xırdalan dairəsinə kimi olan yoldakı təmir işləri isə hələ təxminən 1 aya qədər davam edəcək.
BBC News Azərbaycancanın müxbiri avtomobillərin əsas sıxlığını "Şamaxinka" adlanan ərazidə və 20 Yanvar dairəsində müşahidə edib.
Maşınlar, demək olar ki, fasilə verməklə saatda 5 km surətilə hərəkət edir.
Bu istiqamətə taksi qiymətləri də iki dəfə qalxıb.
Anar Nəcəfli bildirib ki, "təmir müddəti ümumilikdə bir aydan az müddəti əhatə edəcək və bu müddət ərzində yolun müxtəlif hissələrində məhdudlaşdırılmalar olacaq".
20 Ynavar dairəsində taxsilər qiyməti qaldırıb "Yolda təmir işləri Xırdalan dairəsinə kimi nəzərdə tutulub, yolun sol zolağında təmir işləri bitdikdən sonra sağ zolağında da məhdudlaşdırma həyata keçiriləcək", Anar Nəcəfli belə deyib.
Onun sözlərinə görə, yolda təmir aparılacağı ilə bağlı əvvəlcədən mətbuat məlumat verilib və bir neçə alternativ yoldan istifadə etmək tövsiyyə olunub.
Bakı-Sumqayıt istiqamətində alternativ yol kimi Bakı Dairəvi 1 - Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat avtomobil yollarından istifadə etmək tövsiyyə olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?