GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 3 iyul gecəsinin fəlakəti: Azərbaycanda nə baş verdi - səbəblər, yekunlar

3 iyul gecəsinin fəlakəti: Azərbaycanda nə baş verdi - səbəblər, yekunlar

Tarix: 3-07-2018, 10:48 Bölmə :Cəmiyyət Baxış: 384
3 iyul gecəsinin fəlakəti: Azərbaycanda nə baş verdi - səbəblər, yekunlar


16 il öncə, iyul, mundial, zülmət

Belə bir hadisə 2002-ci ilin iyulunda da baş vermişdi. O zaman da futbol mundialı vaxtıydı, birdən-birə ölkə zülmətə qərq oldu. Səbəb kimi diversiyadan tutmuş taxıl zəmisində yanğına qədər çox versiyalar irəli sürüldü. Son versiya bəlli olmadı.

Dünən gecə isə 16 illik aradan sonra ölkə yenidən qaranlıqda qaldı. Son 120 ilin ən isti yayında, milyonlarla insanın kondisionerə, soyuducuya möhtac olduğu bir vaxtda birdən-birə 4-5 boyunca elektrik enerjisinin kəsilməsi sözün birbaşa mənasında fəlakət demək idi.

Bu hadisə gündüz vaxtı olsaydı, onun fəsadları daha böyük ola bilərdi, ancaq 2002-ci ilin iyulundan olduğu kimi, 2018-ci ilin iyulunda da elektrik enerjisinin total kəsilməsi gecə saatlarında baş verdi. Bununla belə, texnogen qəzanın fəsadları, yaratdığı problemlər böyük oldu.

Partlayış, yanğın, kəsinti

Rəsmi versiya bundan ibarətdir ki, ölkədə elektrikin kəsilməsinə səbəb Mingəçevir şəhərində fəaliyyət göstərən, ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) baş vermiş partlayış olub. Daha sonra başlayan yanğın FHN-in fədakar yanğınsöndürənləri tərəfindən söndürülüb (APA). Onlar hətta həyatlarını təhlükə qarşısında qoyaraq yanğını lokallaşdırmağı bacarıblar.

Hadisənin başlıca səbəbi kimi həddindən artıq yüklənmə göstərilir. Bu, inandırıcı görünür. Gerçəkdən də havaların isti keçməsi insanların adi vaxtda olduğundan daha çox sərinlik təmin edən qurğular (kondisioner, ventilyator, soyuducu) işlətməsinə səbəb olur.

Daha sonra ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilib.

"Bir külək idi, əsdi, keçdi"? Yoox!

Ancaq bu, “bir hadisəydi, oldu, bitdi”, “külək idi, əsdi, keçdi” qrafasından olan olay deyil.

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma bir çox sahələrdə olduğunu kimi su təchizatına da təsir göstərib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Trend”ə bildirib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.

Hələ dahası da var. Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: “Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.

Ya elektrik enerjisi metronun işlək vaxtı kəsilsəydi?

Elektrik enerjisinin kəsilməsi gecə saatlarında baş verdiyindən, metronun işləmədiyi zamana düşüb. Bununla belə, burada da qismən problemlər yaranıb. Elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləməyib və sərnişinləri qəbul etməyib.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Eyni zamanda, "Avtovağzal" stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.
Daha sonra elektrik enerjisinin verilişi bərpa olunan kimi "Avtovağzal-Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti təmin edilib.

İşıqfor yanmayanda yolu kim keçməlidir?

İşıq yoxdursa, işıqforlar da, təbii ki, işləməyib. Bu da sutkada 24 saat boyunca paytaxt yollarında və küçələrində avtomobil nəqliyyatının intensivliyinin davam etməsinə mənfi təsir göstərib. Bor çox yol kəsişmələrində xaotik durum yarada bilərdi.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yarana biləcək hər hansı bir texniki nasazlığın dərhal aradan qaldırılması məqsədilə agentliyinin şəhər ərazisində texniki personaldan ibarət mobil qrupları fəaliyyət göstərib. Bu qruplar ciddi əmək sərf edərək gecə saatlarında yollarda, yol kəsişmələrində xaosun, tıxacın, olası qəzaların qarşısını alıblar.

Qurumdan bildirilib ki, elektrik enerjisinin verilişi bərpa olunan kimi şəhər yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir çətinlik müşahidə olunmayıb.

Hələ 7\24 işləyən obyektlərin səsi çıxmır

Bundan başqa, paytaxtda elə obyektlər var ki, onlar sutkada 24 saat işləyirlər və daima elektrik enerjisindən istifadə edirlər. Məsələn, klinikalar, marketlər, hospitallar, otellər, vağzallar, aeroport bu qəbildəndir. Söz yox ki, onların da fəaliyyətində axsamalar, problemlər olub. Məsələn, aeroprtdan verilən xəbərə görə, bir sıra tresylərdə gecikmələr olub.

Elektrik qatarlarında yolda qalan, gecənin bir yarısı dəmiryol xəttindən ayrılıb magistral yola çıxmağa çalışan yüzlərlə sərnişin olub.

Müasir həyat elədir ki, elektrik enerjisinin nəinki 5 saat, hətta beş dəqiqə kəsilməsi də texnogen qəza sayılır və bu, milyonlarla insanın həyatında problemlər yaradır.

Bircə təsəlli var ki, bu cür qəzalar bütün ölkələrdə, hətta texnoloji baxımdan ən inkişaf etmiş dövlətlərdə baş verir. Ancaq bu, yaşanan fəlakətə görə aidiyyatı qurumların, cavabdeh şəxslərin məsuliyyətini azaltmır.

Bununla yanaşı, məlum ektremal situasiyada əmək sərf edərək, fədakarlıq nümunəsi göstərərək, vəziyyətin normallaşması üçün əlindən gələni edən yanğısöndürənlərin, nəqliyyatçıların, energetiklərin və başqalarının xidməti də qeyd olunmalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milət vəkilindən Türkiyədə elektrik enerjisinin kəsilməsi ilə bağlı şok açıqlama...

    Milət vəkilindən Türkiyədə elektrik enerjisinin ...

    1-04-2015, 14:36

  • 
  • Azərbaycanın əksər hissəsində elektrik enerjisinin verilişi bərpa edilib

    Azərbaycanın əksər hissəsində elektrik ...

    3-07-2018, 10:51

  • 
  • Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik dirəkləri aşdı

    Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik ...

    30-05-2016, 12:48

  • 
  • Pirverdiyevin qar kimi ağ yalanları

    Pirverdiyevin qar kimi ağ yalanları ...

    3-02-2014, 15:55

  • 
  • Sumqayıtlıları bu gecə evlərində dondurdular

    Sumqayıtlıları bu gecə evlərində dondurdular ...

    2-02-2014, 10:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu