GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pirverdiyevin üzr istəməklə yaxasını qurtarması... - Deputat

Pirverdiyevin üzr istəməklə yaxasını qurtarması... - Deputat

Tarix: 6-07-2018, 09:48 Bölmə :Cəmiyyət Baxış: 322
Pirverdiyevin üzr istəməklə yaxasını qurtarması... - Deputat

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsini təqdim edirik:
- Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən hadisəni necə qiymətləndirirsiniz? Bu hadisədə məsuliyyət kimin üzərinə düşür?
- Yaxşı xatırlayıram, hələ bir neçə il əvvəl qış aylarında Şamaxı istiqamətində güclü külək nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxmış, elektrik dirəyi qırılmışdı. O zaman Bakıda elektrik enerjisinin təchizatında fasilə yaranmışdı. Hətta Milli Məclisin özü işıqsız qalmışdı. Mən o vaxt parlamentdə bu məsələni qaldırdım. Bildirdim ki, bu sahədə ciddi məsuliyyətsizlik hökm sürür. Çünki “Azərenerji” ASC-nin rəhbərliyi açıqlama yaymışdı ki, elektrik dirəklərinin istismar müddəti başa çatıb, ona görə də küləyə davam gətirməyərək qırılıb. Parlamentdə çıxışımda dedim ki, əgər “Azərenerji” ASC rəhbərliyi bilirsə ki, bu elektrik dirəklərinin istismar müddəti bitib, həmin elektrik dirəklərinin vəziyyətini daha ciddi nəzarətə götürməli, öyrənməli idi. Ola bilər ki, bütün dirəkləri dəyişməyə vəsait yox idi, amma heç olmasa görməli idilər ki, dirəklərdən hər hansı biri ciddi eroziyaya məruz qalıb, çürüyüb, kiçik bir külək bunu aşıracaq. “Azərenerji” ASC ən azından qəza törədə biləcək elektrik dirəklərini dəyişə bilərdi. O zaman xəstəxanalar, strateji əhəmiyyətli dövlət obyektləri işıqsız qalmazdı. Xatırlayıram, sonralar hökumətin parlamentdə hesabatı, büdcə müzakirələri zamanı tənqiddən nəticə çıxarmaq əvəzinə hətta “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev mənimlə üz-üzə gələndə üzünü çevirib gedirdi. Çox təəssüf ki, bizdə tənqidə dözümsüzlük hökm sürür, bu da bir siyasi mədəniyyət məsələsidir. Çox təəssüf ki, belə hadisə baş verdi. Dünən prezidentin yanında keçirilən müşavirədə həm baş prokurorun, həm fövqəladə hallar nazirinin çıxışını dinlədik. Orada da bəlli oldu ki, bu sahədə ciddi nəzarətsizlik, məsuliyyətsizlik hökm sürüb. Bunun da nəticəsində bu hadisə baş verdi, insanlarımız xeyli əziyyət çəkdi.
Əlbəttə, sevindirici məqam ondan ibarətdir ki, temperaturun gündüz saatlarında 43 dərəcəyə çatdığı, 30 mindən artıq insanın metroda qaldığı halda bir nəfər də belə itki olmadı. Mən bu gün mətbuatda oxuyuram ki, Kanadada temperaturun yüksək olması səbəbindən 15 nəfər ölüb. Amma bizdə elektrik enerjisi təchizatında fasilə olan zaman həm Fövqəladə Hallar Nazirliyi, həm Daxili İşlər Nazirliyinin əməkdaşları doğurdan da fədakarlıq nümayiş etdirdilər. Hər bir azərbaycanlını onlara öz vəzifələrini layiqincə yerinə yetirdikləri üçün minnətdar olmalıdır. Prezident də buna öz müsbət münasibətini ifadə etdi. Bundan başqa, Azərbaycan xalqı doğurdan da çox təmkinli davrandı, anlayışla yanaşdı. Hamı anladı ki, bu, bir qəzadır və təxribatçı qüvvələrin çağırışlarına cavab vermədilər. İnsanlar nə qədər əziyyət çəksələr də, dözümlülük nümayiş etdirdilər, bunu anlayışla qəbul etdilər.
Əlbəttə, xalq günahkarların cəzalandırılmasını tələb edir. Mən də hesab edirəm ki, günahkarlar layiqli cəzalarını alacaq. Düşünürəm ki, elə etməliyik ki gələcəkdə bu cür hadisələr təkrarlanmasın. Bunun üçün hökumət doğurdan da ciddi qərarlar qəbul etməlidir.
- Sizcə, bu araşdırmaların sonunda nə gözləmək olar?
- Sözün doğrusu, Etibar Pirverdiyevin həm prezidentdən, həm Azərbaycan xalqından üzr istəməklə məsuliyyətdən yaxa qurtarmasını düzgün hesab etmirəm. Amma nə vaxt və hansı qərarları qəbul etmək prezidentin hüququdur. Cinayət işi açılıb, istintaqın gedişi nələri göstərəcək?! Amma hesab edirəm ki, qəza günlərində dövlət orqanlarının böyük əksəriyyəti öz vəzifələrini layiqincə yerinə yetirə bildilər. Birincisi, Dövlət Gömrük Komitəsini xüsusi qeyd etmək istəyirəm. Həmin vaxtlar gömrük-keçid məntəqələrinin əksəriyyəti fəaliyyətini normal davam etdirdi. Baxmayaraq ki, Dövlət Gömrük Komitəsinin də mərkəzləşdirilmiş kompüter sistemində problem yaranmışdı, amma qısa müddətdə bu problem aradan qaldırıldı. Yalnız “Qırmızı körpü” gömrük-keçid məntəqəsində nisbi sıxlıq yaşandı, bu gərginlik də qısa müddətdə aradan qaldırıldı. Eləcə də təcili-tibbi yardımın əməkdaşları, həkimlər, tibb bacıları, taksi sürücülərindən tutmuş avtobus sürücülərinə qədər insanlarımızın böyük hissəsi özlərini çox yaxşı mənada göstərə bildi. Bu, təqdir olunan bir haldır. Həm də bu hadisə onu göstərdi ki, doğurdan da xalqın ölkə prezidentinə böyük etimadı var. Amma açıq söyləyirəm ki, bu etimaddan ayrı-ayrı məmurlar bu cür sui-istifadə etməməlidirlər. Xalq nə qədər dözüm, təmkin nümayiş etdirirsə, bu, o demək deyil ki, bəzi məmurlar vəzifələrini layiqincə yerinə yetirməsinlər. Onlar düşünürlər ki, onsuz da camaatın prezidentə etimadı var, bunlar nə etsələr də, səsini çıxarmayacaq.
Hesab edirəm ki, bu qəzanın ümumi bir xəbərdarlıq məqsədi var və bu məqsəd önə çəkilməlidir. Kimliyindən asılı olmayaraq həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Düşünmürəm ki, bu məsələlər tək inzibati yolla həllini tapmalıdır. Ölkədə iqtisadi islahatlar dərinləşməlidir. Mən dəfələrlə məsələ qaldırmışam ki, “Azərenerji”, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” özəlləşdirilməlidirlər. Prezident də bildirdi ki, son 15 ildə Azərbaycanda 30-a yaxın yeni elektrik stansiyası tikilib. Bu elektrik stansiyaları ya özəlləşdirilməli, ya da uzun müddətli - 99 illiyinə icarəyə verilməlidir. Artıq həmin şirkətlər məsuliyyət daşımalıdır. Tutaq ki, bu gün Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasında qəza olubsa, bu stansiya bir özəl şirkət tərəfindən idarə olunursa, SOCAR və digər dövlət şirkətlərinə külli miqdarda ziyan dəyib. Bu halda stansiyanı idarə edən şirkət dəymiş ziyanı ödəməlidir. İndiki halda necədir? SOCAR da, Azərbaycan İstilik Elektrik Stansiyası da dövlətə məxsusdur. Kim kimə ziyanı ödəyəcək?! Özəlləşmə olarsa, özəl şirkətlərin məsuliyyəti daha da çoxalacaq. Həm də elektrik stansiyaları ilə bağlı bir rəqabət mühiti olacaq. Düşünürəm ki, bu istiqamətdə özəlləşdirməyə getmək lazımdır. Dünyanın çox yerlərində nəinki su elektrik stansiyaları, istilik elektrik stansiyaları, hətta atom elektrik stansiyaları da dövlətin deyil. Dövlət bir tənzimləyici funksiya yerinə yetirməli, bizneslə məşğul olmamalıdır. Biz bu xidmət sahələrini nə qədər tez özəlləşdirsək, gələcəkdə bu tipli problemlərin qarşısını alacağıq. Sosialist təsərrüfat sistemi özünü doğrultmadı. Görürük ki, dövlət mülkiyyəti bir çox hallarda həm hamının, həm də heç kimindir. Daha doğrusu, dövlət mülkiyyətinə vəzifəli şəxslər tərəfindən bu prinsiplə yanaşılır. Sonda da nəticələr belə ağır olur. Həm də bu problemin aradan qaldırılmasının yolu, sözsüz ki, özünü doğrultmayan kadrların dərhal dəyişdirilməsidir. Kadr siyasətinə ciddi diqqət yetirilməlidir. Etibar Pirverdiyev bu illər ərzində yüksək ixtisaslı kadrların çoxunu o sistemdən uzaqlaşdırıb. Hətta “Azərenerji” ASC-də hazırda yüksək səviyyəli mütəxəssis tapmaq çətindir. Həmin sahə üçün mütəxəssis, kadr hazırlığına xüsusi diqqət yetirilməyib. Ona görə də fövqəladə hallar naziri müşavirədə dedi ki, stansiyanın auditinə də xaricdən mütəxəssislər çağırmaq lazımdır, bu sistemin yenidən qurulması üçün də xaricdən mütəxəssislər cəlb etmək vacibdir. Bəzən kadrlar yerində olmayanda dövlət, xalq bundan çox əziyyət çəkir. Düşünürəm ki, sistem islahatları ilə bərabər kadr islahatlarına da ciddi diqqət yetirilməlidir.
- Yeri gəlmişkən, son günlər həm elektrik enerjisi sistemindəki qəza, həm Gəncədə sui-qəsd cəhdi ilə bağlı informasiyaları hansı mənbələrdən əldə etdiniz? Ümumiyyətlə, medianın bu günlərdəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bunu sizin agentliyə müsahibə verdiyim üçün demirəm, dəqiq xəbərlər almaq üçün daha çox APA-ya müraciət edirdim. Mingəçevirdəki Azərbaycan Elektrik Stansiyasındakı qəza ilə bağlı çox vaxtında Fövqəladə Hallar Nazirliyindən açıqlama alındı və dərhal əhaliyə məlumat verildi ki, təlaş üçün heç bir əsas yoxdur, qəzadır, bu da qısa müddətdə aradan qaldırılacaq. Bu, insanlarda sakitlik yaratdı. Ümumiyyətlə, APA İnformasiya Agentliyində bütün məlumatlar çox ölçülü-biçili vəziyyətdə verildi. Yeri gəlmişkən, Gəncədəki hadisə ilə bağlı da dərhal müxtəlif versiyalar yayıldı, bəziləri sübutlar olmadan müxtəlif versiyalar səsləndirdilər. Amma məsələ araşdırılmadan imkan vermək olmaz ki, ictimai rəydə bir fikir yerini alsın. Bu barədə APA ictimaiyyətə çox doğru-düzgün məlumat verdi.
Mən bu günlərdə “Delta-Telekom”-un fəaliyyətini də yüksək qiymətləndirirəm. Əhali arasında çox müxtəlif şayiələr yayılırdı. Burada təxribatlardan tutmuş dövlət çevrilişinə cəhdlərə qədər müxtəlif fikirlər yayılırdı. Açıq deyirəm ki, mobil şəbəkənin işləməsi və internetin kəsilməməsi, əhalinin dərhal məlumatlandırılması müsbət mənada əhali arasında o panikanı da aradan qaldırılmasına imkan verdi. İmkan verilmədi ki, ayrı-ayrı dezinformasiyalar, təxribatlar əhali arasında yayılsın.
Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Xüsusi Dövlət Mühafizə Xidməti də öz vəzifələrinin öhdəsindən layiqincə gəldi.
Ümumiyyətlə, dövlət orqanları bu çətin məqamda öz vəzifələrini yerinə yetirə bildilər, bu prosesdən üzü ağ çıxdılar. Əlbəttə, burada müəyyən istisnalar da var, vəzifələrini daha yüksək, yaxud müəyyən qədər aşağı səviyyədə yerinə yetirənlər oldu.
- Bu arada Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı da sui-qəsd cəhdi oldu. Hadisəyə müxtəlif mövqedən yanaşanlar da var. Sizin hadisəyə münasibətiniz necədir?
- Şayiələr çox müxtəlif ola bilər. Cinayətin motivi barədə sosial şəbəkələrdə də müxtəlif fikirlər səslənir. Amma mən millət vəkili kimi daha çox rəsmi informasiyaya əsaslanıram. Hələlik bu cinayət işinin istintaqını aparan prokurorluq orqanları tərəfindən cinayətin motivi barədə məlumat verilməyib. Hesab edirəm ki, cinayətin motivi barədə məlumat veriləndən sonra biz bu məsələ barədə fikir bildirə bilərik. Amma mən hesab edirəm ki, cinayətin motivinin nə olmasından asılı olmayaraq, əgər böyük bir şəhərin İcra Hakimiyyətinin başçısına münasibətdə belə qəsdən adam öldürmək üzrə iki və daha artıq şəxsə sui-qəsd təşkil edilirsə, deməli, həmin şəxs artıq peşəkar cinayətkardır və qanun çərçivəsində onun barəsində ciddi tədbir görülməlidir. Həmin şəxs həbs olunub. Əminəm ki, bir müddətdən sonra biz cinayətin hansı səbəbdən baş verməsi barədə ətraflı bilgilərə malik olacağıq. Düşünürəm ki, prokurorluq araşdıracaq ki, bu sui-qəsd cəhdinin arxasında tək həmin şəxs olub, yaxud başqa şəxs olub, sifarişləmi törədilib. Motiv də ictimaiyyət və dövlət üçün son dərəcə önəmlidir. Yəqin ki, yaxın zamanlarda istintaq bu məsələlərə aydınlıq gətirəcək.
Səmimiyyətlə deyim ki, həm Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza, həm də bu ərəfədə bu qətlin törədilməsinə cəhd ölkə daxilində pozuculuq fəaliyyətlə məşğul olmaq istəyən qüvvələr tərəfindən də təşkil oluna bilər. Yaxud bu, xaricdən də sifariş oluna bilər. Artıq prezident tərəfindən qəza ilə bağlı dövlət komissiyası yaradılıb, bu iş araşdırılır. Gəncədəki hadisə də prezidentin ciddi nəzarətindədir. Əminəm ki, bizim vəzifəli şəxslər bütün versiyaları araşdıracaqlar. Azərbaycan bu yaxınlarda çox möhtəşəm hərbi parad keçirib. Bunun ardınca Azərbaycan böyük hərbi təlimlərə başladı. Bunun arxasınca Rusiyanın ictimai-siyasi xadimi Cocuq Mərcanlıya səfər etdi, cəbhə xəttinə getdilər. Bu da ölkəmiz üçün çox böyük siyasi əhəmiyyət daşıyan hadisə idi. Mən prokurorluqda müstəntiq işləmişəm. Belə hallarda istintaq planı tərtib olunur, bütün fərziyyələr araşdırılır və suallar bir-bir aradan qaldırılır, sonda vahid mövqeyə gəlinir ki, cinayət niyə baş verib. Bu məsələlər də araşdırılmalıdır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Salyan 5 saat işıqsız qalıb

    Salyan 5 saat işıqsız qalıb ...

    18-02-2016, 23:42

  • 
  • Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik dirəkləri aşdı

    Güclü külək Zaqatalanı işıqsız qoydu - Elektrik ...

    30-05-2016, 12:48

  • 
  • ŞOK: XƏTAİDƏ YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK DİRƏKLƏRİNİN ALTINDA EVLƏR TİKİLİB" - CİDDİ TƏHLÜKƏ + FOTOLAR

    ŞOK: XƏTAİDƏ YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK ...

    12-01-2018, 17:21

  • 
  • Bakıda işıqlar niyə söndü? — RƏSMİ AÇIQLAMA

    Bakıda işıqlar niyə söndü? — RƏSMİ AÇIQLAMA ...

    27-06-2017, 15:26

  • 
  • "BAKIELEKTRİKŞƏBƏKƏ" YAXASINI KƏNARA ÇƏKDİ: "YANAN MAŞINLAR BİZLİK DEYİL"

    "BAKIELEKTRİKŞƏBƏKƏ" YAXASINI KƏNARA ...

    20-06-2013, 12:05


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu