Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində qanunsuz aksiyanın qarşısı alınan zaman polislərlə aksiyaçılar arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı iki polis polkovniki qətlə yetirilib.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
BiG.AZ cinayəti törədənlərin hansı cəza gözlədiyini araşdırıb.
Vəkil Əsabəli Mustafayev bildirib ki, bu cür cinayətləri törədən şəxslər on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"İxtişaşlarda iştirak edənləri isə 8 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir. Amma adətən həmin şəxslər 10 il müddətinə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?