Qaradağ rayonunda qadının intim görüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 12 min manat pulunu alan şəxs hakim qarşısına çıxarılacaq.
Məmmədov Miriyusif Ələmdar oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 23-də hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək.
İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Nəzərova Arzu Nazim qızı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.
O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.
Müəyyən edilib ki, Miryusif Məmmədov Arzu ilə sosial şəbəkələrdən birində tanış olub.
Sonradan Miryusif ilə Arzunun münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər. Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.
Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.
Miryusif Arzudan ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.
Bundan sonra Arzu hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.
İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.
Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib./olke.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?