Azov dənizinin akvatoriyasında olan “Riroyl-5” gəmisinin ekipaj üzvü aclıq elan edib.
Onlar Türkiyənin “Palmali” şirkətinin üzvləridir.
Məsələ ilə bağlı Rusiya Dənizçilər Birliyinin Azon-Don bölməsinin rəhbəri Leonid Qluşak danışıb. Onun sözlərinə görə, dənizçilər səkkiz ay müddətində əməkhaqqı ala bilməyiblər. Şirkətin 100 min dollar borcu yaranıb.
“Vədlərə baxmayaraq, şirkət rəhbərlik yalnız bir dənizçi ilə hesablaşıb. Əməkdaşlar iyulun 18-dən aclıq aksiyasına başlayıb. Bir müddət gəminin cərəyanı kəsilib, bu isə faciəyə səbəb ola bilərdi. Gəmini Azov limanının kapitanı saxlayıb”, - Qluşak deyib.
Hazırda məhkəməyə müraciət edilməsi üçün sənədlərin hazırlanma prosesi gedir.
Rusiya KİV-in verdiyi məlumata görə, bu, ilk belə hal deyil, Rostov limanında şirkətə məxsus olan “Riroyl-3” gəmisi də var.
Şirkətin onlara olan borcunun ümumi həcmi də 100 min dollardır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?