GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DYP-nin «Nəvai» postunda nə baş verir?

DYP-nin «Nəvai» postunda nə baş verir?

Tarix: 24-07-2018, 16:08 Bölmə :Cəmiyyət Baxış: 309
DYP-nin «Nəvai» postunda nə baş verir?


Şikayətçi Xaliq Məmmədov: « Özünü Anar kimi təqdim edən inspektor səhər saat 09-30-da məni saxlayıb deyir ki, neçə gün əvvəl Bakıda piyada zolağını tapdalamısan…»

Bakı şəhər sakini Xaliq Məmmədovun şikayəti DYP inspektorunun analoqu olmayan rəftarı barədə olduğundan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin diqqətinə çatdırmağı lazım bildik. Əlbəttə, rəhbərlik hardan bilsin ki, hansısa postda hansısa inspektor hansı haqsız iş tutur. KİV-in isə vəzifəsi yerlərdə baş verən haqsız və ədalətsiz, həm də yersiz hərəkətləri, problemləri açıb göstərməkdir ki, belə hallar bir də təkrarlanmasın. Təbii ki, günahkarın cəzalandırılması şərtilə. Çünki sürücü adi qayda pozuntusuna görə cəzalandırılırsa, niyə «Yol patrul əməkdaşının davranış qaydaları haqqında» təlimatı və müvafiq qanunvericiliyi pozan inspektor da cəza almamalıdır?
Beləliklə, şikayətçi Xaliq Məmmədov yazır:
-Hörmətli «Təzadlar»!
17 iyul 2018-ci il tarixdə, səhər saatlarında Ağcabədi rayonunda yaşayan yaxın qohumumun bədbəxt hadisədən dünyasını dəyişmiş oğlunun yas mərasimində iştirak etmək məqsədi ilə ailəlikcə Bakıdan yola çıxmışdıq. Təxminən saat 09:20 radələrində Bakı-Yevlax magistral yolunun Hacıqabul rayonunun Nəvai kəndi ərazisindən keçən hissəsindəki Baş Dövlət Yol Polisi İdarəsinin «Nəvai» postunda bizi saxladılar. Özünü təqdim etməyən (sonradan adının Anar olduğunu dedi, döş nişanı 0096) inspektor tələm-tələsik sənədləri istədi, sonra əlindəki kompüterdə nəsə axtarmağa başladı. Mən ondan nə baş verdiyini soruşub, sonra yas yerinə tələsdiyimizi, üstəlik, havanın bürkülü olmasını diqqətinə çatdırıb, bizi tez yola salmasını xahiş etdim. Bu sözlərimdən əsəbləşən inspektor «Nə olub, hara tələsirsən?» deyəndə, avtomobildən yerə düşüb bir daha dedim ki, axı mən bu ərazilərdə qayda pozmamışam, bilmək istəyirəm, nə olub? Əgər bir qayda pozuntum, yaxud cəriməm var idisə, bunu əvvəldən bilməli idiniz, siz isə kompüterdə nəsə axtarırsınız… Nəhayət, sənədləri özümə qaytaran inspektor mənə nə desə yaxşıdır: «Siz Bakıda piyada keçidini tapdamısınız…». Bu sözdən sonra bərk əsəbləşdim. İstidə vaxtımızı bu qədər alıb sonra Bakıdakı guya qayda pozuntusundan bəhs edən inspektorla birikdə postun rəhbərlik əyləşən məntəqəsinə getməli oldum. Tələb etdim ki, mənim adıma olan bazadakı səhifəyə baxsın, görsün ki, hətta cəriməm də yoxdur. Anar adlı inspektordan əlavə bir neçə inspektor da yaxına gəldilər, qanuni tələbimi yerinə yetirmək istəməsələr də, dirənib bunu tələb etdim. Onlar bazaya baxdılar, həqiqətən də gördülər ki, heç bir cəriməm yoxdur. Sonra tələb etdim ki, mənə irad tutduğu qayda pozuntusunun görüntüsünü göstərsinlər. Axı Bakıda, Şəkidə, Qazaxda… olmuş qayda pozuntusunun bu inspektora və məntəqəyə nə aidiyyəti var? Qayda pozuntusu baş vermişdirsə, həmin ərazidəki kameralar avtomatik qeydə alır, elektron protokol yazılır, inspektor aşkar edibsə, artıq protokolu o yazıb. İndi bu «Nəvai» postunun inspektorunun Bakıda qayda pozuntusunu niyə məndən soruşması maraqlı idi. Nəhayət, uzun mübahisədən sonra hiss etdim ki, onlar kompüterdə hazır bir foto tapıblar. Sonra mənə göstərdilər. Fotoda həqiqətən də bir avtomobil piyada keçidinin azacıq üstündə dayanmışdı, lakin həmin avtomobilin dövlət nömrə nişanı görünmürdü. Başa düşdüm ki, bu qurama bir fotodur, sadəcə, inspektorlar bu postda saxladıqları avtomobilin sürücüsünə belə bəhanələrlə protokol yazırlar və s. Mən onlardan soruşdum ki, siz hardan bilirsiniz ki, bu avtomobil mənə məxsusdur? Onlar cavab vermək əvəzinə, məni yola salmağa tələsirdilər.
Hörmətli redaksiya! Xahiş edirəm, bu məsələni tanınmış sahə mütəxəssislərindən öyrənərək araşdırasınız, mənim pozulmuş hüquqlarımın bərpasına köməklik edəsiniz. İnspektorun belə hərəkəti, Bakıda baş vermişdirsə belə, sürücünün Bakıdakı hansısa qayda pozuntusunun «Nəvai» postundakı inspektorlara nə kimi aidiyyəti var???

Redaksiyadan: məsələ ilə bağlı şikayətçinin söylədikləri ilə bağlı hüquqşünas, yol hərəkəti qanunvericiliyi sahəsində tanınmış ekspert-mütəxəssis Ərşad Hüseynovla əlaqə saxladıq. Ərşad müəllim birmənalı olaraq bildirdi ki, əvvəla, ən çox şikayət nədənsə «Nəvai» postundan olur, ikincisi də, inspektorun Bakıda baş vermiş məlum qayda pozuntusuna görə sürücünü həmin postda saxlaması yolverilməzdir…/tezadlar.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şabranda DYP-nin qovduğu avtomobil qəza uğrayıb-FOTO

    Şabranda DYP-nin qovduğu avtomobil qəza ...

    28-07-2013, 23:52

  • 
  • Bakıda sürücü yol polisini məhkəmədə uddu

    Bakıda sürücü yol polisini məhkəmədə uddu ...

    23-07-2015, 19:34

  • 
  • Yol polisi ilə sürücü əlbəyaxa oldu: "Səni süründürəcəm..." - (Video)

    Yol polisi ilə sürücü əlbəyaxa oldu: "Səni ...

    23-10-2014, 16:29

  • 
  • YOL POLİSİ SÜRÜCÜNÜ AĞLADIB, VİDEOSUNU ÇƏKDİ – Sonra da sevgilisinə göndərdi…

    YOL POLİSİ SÜRÜCÜNÜ AĞLADIB, VİDEOSUNU ÇƏKDİ – ...

    24-01-2017, 20:42

  • 
  • Nabranda erməni mahnısı səsləndirən DJ həbs edildi

    Nabranda erməni mahnısı səsləndirən DJ həbs edildi ...

    23-07-2018, 16:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu