Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metro stansiyası) nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-nin avtobuslarından şikayət var.
Bu barədə bizimyol.info-ya sərnişinlərdən biri bildirib.
O qeyd edib ki, 199 və 20 nömrəli müntəzəm marşrut xətlərində gediş haqqı 20 qəpik idi. Bu marşrut xətlərini əvəz edən 7A nömrəli müntəzəm marşrut xəttində hərəkət edən “BakuBus”a məxsus avtobuslarda gediş haqqı 25 qəpikdir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bizimyol.info-ya bildirib ki, 7A müntəzəm marşrut xətində gediş haqqı qiyməti artırılmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?