“Müntəzəm marşrut xətləri üzrə avtobuslarının gediş haqqının artırılması məsələsi Bakı Nəqliyyat Agentliyində müzakirə edilmir”.
gundemxeber.az xeber verir ki, bunu bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
O, bildirib ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə metroda gedişhaqqı ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirdi.
Qeyd edək ki, iyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı 10 faiz artırılacaqdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?