İyulun 27-də "Kanal-13" internet televiyzasının əməkdaşı İsmayıl İslamoğluna sosial şəbəkələrdəki statusu ilə bağlı xəbərdarlıq edilib.
İslamoğlunun yaxınları Amerikanın Səsinə bildirib ki, jurnalist bu gün saat 17 radələrində iki mülki geyimli şəxs tərəfindən evindən aparılıb.
“İslamoğlu Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O 3 saatadək saxlanıldıqdan sonra, ona “Jara” musiqi festivalına dair sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdarlıq edilib və daha sonra o, azad buraxılıb”, jurnalistin yaxınları bildirib.
Rəsmi qurumlar jurnalistə xəbərdarlıq edilməsi ilə bağlı hələ məlumat yaymayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?