Ondan da istintaqa şikayət edildi - Oktar cinayət qrupunun üzvüdür iddiası
Adnan Oktarın təşkilatından 2017-ci ildə ayrılan Ceylan Özgül Adnan Oktarın qardaşı Kənan Oktar haqqında istintaqa şikayət edib. Ailə Daxili Şiddət və Qadına qarşı şiddət cinayətləri müraciət bürosuna ifadə verən C.Özgül A.Oktar və dəstəsi haqqında maliyyə cinayəti bürosu tərəfindən əməliyyat aparıldığını və bir çox insanın həbs olunduğunu söyləyib.
Hazırda azadlıqda olan A.Oktarın qardaşının onun əleyhinə sosial şəbəkələrdə paylaşımlar etdiyini bildirən Özgül "Bu adam media və sosial internet səhifələrində bu hadisələrlə bağlı şərhlər yazıb, mənim adımı çəkərək, ingilis agenti olduğumu, mən və mənim kimilərin 50 min lira pul alaraq heç bir əsası olmadan qardaşı barədə şikayət etdiyimizi, mənim haqqımda əlində gizli sənədlər olduğunu, bu sənədləri ifşa edəcəyini bildirir" dedi.
Özgül ifadəsində K.Oktarın Beyaz TV-dəki çıxışlarını sübut olaraq istintaqa təqdim etdiyini deyib: "Dəlillərimi təqdim etdim. Son hərəkətləri ilə Oktar cinayətkar qruplaşmasının bir üzvü olduğu açıqdır"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?