Həbsdə olan bloger Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən müvəqqəti azadlığa buraxılıb.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda Mehman Hüseynov Qaraçuxur qəsəbəsində yerləşən mənzilindədir. O, bildirib ki, hələ ki cəzaçəkmə müəssisəsinə nə zaman qaytarılacağı ilə bağlı ona məlumat verilməyib.
M. Hüseynov söyləyib ki, bu işlə onun vəkilləri məşğul olurlar. Onu da qeyd edək ki, saat 11-də Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın cənazəsi yaşadığı evdən götürüləcək.
Mərhumun böyük oğlu, QHT rəhbəri Emin Hüseynli isə hazırda İsveçrədə mühacirətdədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?