Abşeronda şagird kitaba görə müəllimini bıçaqlayıb.
Minval.info xəbər verir ki, hadisə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib. Polisə daxil olan məlumata görə, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayev ağır bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Çox çəkməyib ki, polis, müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb.
Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub.
Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb. Müəllim həmin vaxt sərxoş olub və onu əli ilə vuraraq təhqir edib.
Rövşən bunun qarşılığında Coşqunun döş qəfəsinə bir bıçaq zərbəsi vurub.
Müəllimin vəziyyəti orta ağır kimi qiymətləndirilir
Sorğu
Yeni dizaynımız necədir?