İsmayılov xuliqanlığı inkar edir, iddiaçını və polisi işi saxtalaşdırmaqda günahlandırır.
Xüsusən, o iddia edir ki, hakim mülki iş üzrə məhkəmə qəraraını məhkəmə zalında deyil, öz kabinetində elan edib.
Bugünki iclasda İsmayılov Binəqədi rayon məhkəməsinin bütün heyətinə etiraz edib. "Mənə qarşı cinayət işi bu məhkəmənin hakinin şikayəti əsasında açılıb, şahidlərdə bu məhkəmənin işçşiləridir. Ona görə bu məhkəmə işə qərəzsiz baxa bilməz. Bu səbəbdən cinayət işinin başqa məhkəmənin icraatına verilməsini xahiş edirəm", İsmayılov vəsatət verib.
Dövlət ittihamçısı İsmayılovun vəsatətinin əleyhinə çıxış edib. Hakim yerində müşavirə edərək vəsatəti təmin etməyib.
Bundan sonra İsmayılov bildirib ki, BMTnin İnsan Hüquqları Bəyannaməsinin özbaşınalığa qarşı üsyan etmək hüququnu tanıyan maddəsinə əsasən, o, "hakimə qarşı üsyan edir" və prosesdə iştirakdan imtina edir. Amma məhkəmə icraçıları onun yolunu kəsiblər.
"Mən üsyan hüquqmdan istifadə edərək, məhkəmədə iştirak etməkdən imtina edirəm. Barəmdə ya həbs üqətimkan tədbiri seçin, ya güec tətbiqi ilə məni məhkəmə zalına qaytarın. Hər iki halda məsuliyyəti hakim daşıyır", o xatıraldıb.
Bundan sonra İsmayılovun səhhətində problem yaranıb. Bu zaman hakim təhqiqatın avqustun 15-nə keçirildiyini elan edib.
İsmayılov bildirib ki, bu, siyasi prosesdir, sifarişçiləri isə prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədovdur. O baş prokuror Zakir Qaralovun ünvanına da tənqidi firkirlər söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?