ABŞ-ın FLEX mübadilə proqramının məzunu Günel İsakova və “Biz Birlikdəyik” komandasının digər iştirakçıları Qurban bayramı münasibəti ilə “Hər evdə bayram plovu” xeyriyyə kampaniyasına start verib.
ABŞ Səfirliyi facebook səhifəsində bildirir ki, kampaniyanın məqsədi Qurban bayramında ehtiyacı olan 500 ailəni plov səbəti ilə təmin etməkdir.
“Siz də bu gözəl təşəbbüsə qoşula və ya könüllü olaraq dəstək verə bilərsiniz. Birlikdə biz öz məqsədimizə çata bilərik!”, kampaniya iştirakçıları insalara müraciət edir.
Azərbaycanda Qurban bayramı avqustun 22-23-də qeyd ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?