Qurban bayramı münasibəti ilə əlaqədar hərbi hissələrdə də qurbanlıq heyvanlar kəsiləcək. Quba rayonu Aşağı Atuc kəndində yerləşən DİN Daxili Qoşunların N saylı hərbi hissəsində də Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların kəsilərərk əsgərlər üçün bayram süfrəsi təşkil ediləcək. Şimal bölgəsindəki mənbəmizin bildirdiyinə görə hərbi hissədə Qurban bayramı münasibəti ilə təşkil olunacaq bayram süfrəsi üçün Xaçmaz və Şabran rayonlarının polis şöbələrində polis zabitlərinin hər birindən 10 manatdan pul yığılıb. Mənbəmiz bildirir ki, adı çəkilən polis şöbələrinin rəislərinin göstərişi ilə hər polis nəfərlərindən yığılan 10 manatlar toplanaraq qurbanlıq heyvanlar və bayram süfrəsi üçün lazım olan ərzaqlar alınaraq, Qubadakı N saylı hərbi hissəyə göndərilib. Daxili Qoşunların N saylı hərbi hissəsinə göndərilən sovqatların Daxili İşlər naziri Ramil Usubovun adından göndərildiyi bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?