Gundemxeber.az » Ölkə » Cəmiyyət » 2 qadın Kliniki Tibbi Mərkəzin baş həkim müavininin ailəsinə hədə-qorxu gələrək külli miqdarda pul aldılar — TƏFƏRRÜAT
2 qadın Kliniki Tibbi Mərkəzin baş həkim müavininin ailəsinə hədə-qorxu gələrək külli miqdarda pul aldılar — TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Qəzənfər oğlu Salahov və onun qızı, Bayramova Aygün Adil qızından hədə-qorxu ilə külli miqdarda pul tələb edən 2 qadının məhkəməsi başlayır.
gundemxeber.az bildirir ki, cinayət məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirləndirilən Cavadova Venera Nailyevna və Şahverdiyeva Könül İsrəfil qızının məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 24-də hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək. İttiham aktına görə, Venera Cavadova Aygün Bayramovanın evində uşağının dayəsi işləyib. Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub. Borclarını isə uşağının dayəsi olduğu Aygündən hədə-qorxu ilə hissə-hissə almağa başlayıb və digər şəxslərə verib. Bi müddətdən sonra isə qızın atası Adil Salahov bu məsələdən xəbərdar olmağa başlayıb və polisə üz tutub.
Kliniki Tibbi Mərkəzin baş həkimin müavini, əməkdar həkim Adil Salahov faktı “Ölkə.Az”a təsdiqləyərək bildirdi ki, qızına qarşı həqiqətən belə bir hadisə olub və ictimailəşməsini istəmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?