Bu ilin yanvarında hərbi xidmətə çağırılan 2000–ci il təvəllüdlü Lənkəranın Şirinsu kənd sakini Əlizadə Ağasəlim Ağalar oğlu müəmmalı şəkildə dünyasını dəyişib.
O, 2 günlük məzuniyyətə buraxılıb və rayona öz evinə gəlib. Bu barədə AzEuroNews.com–a verilən məlumata görə, avqustun 29 –da, bu gün səhər saatlarında əsgər mağazadan “Hell” adlı enerji içkisi alıb və içib.
Sonra yaşadığı evin həyətində qəfil halı pisləşib, ürəyində problem yaranıb və yerə yıxılıb. Onu həkimə aparmaq və həyatını xilas etmək mümkün olmayıb. Əsgərin hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir. A.Əlizadənin meyiti müayinə olunmaq üçün ekspertizayə aparılıb və bu saatlarda ekspertizadadır. Verilən xəbərə görə, indiyə kimi əsgərimizin ürəyindən hər hansı şikayəti olmayıb. O, Goranboyda “N” saylı hərbi hissədə xidmət edirmiş. Əlavə məlumatlar öyrənməyə çalışacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?