Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqləyiblər.
Verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Xatırladaq ki, ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimizi itirmişik. 19 yaşlı Murad Mahir oğlu Səmədov ehtiyatsızlıqdan açılan silahdan güllə yarası alaraq ölüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?