Rayondan aznews.az-a verilən məlumata görə, hadisə avqustun 28-də axşam radələrində baş verib. Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb:
"Sevgililər asılmış vəziyyətdə tapılıb. Qız ailə qurub ayrılmışdı. Bir uşaq anasıdır. Oğlanın 24 yaşı var. Bir-birlərini sevirlərmiş. Oğlan qızla ailə qurmaq istəyib. Amma oğlanın ailəsi buna mane olub. Onlar da çıxış yolunu intiharda görüblər”.
Məlumatı verən şəxsin bildirdiyinə görə, cütlüyün eyni zamanda öldürülməsi versiyası da var:
"Onların səhhətində heç bir problem olmayıb. Uzun zamandır ki, əlaqələri olub, oğlan qızın yaşadığı evə gəlib-gedirmiş. Gələcək həyatlarına qərar verən iki sağlam insan niyə intihar etsin?”
Sorğu
Yeni dizaynımız necədir?