Bu gün, avqustun 29-da Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə həsr olunan müşavirə keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, müşavirədə daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.
Ramil Usubov deyib ki, bu il sentyabrın 1-dən yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanacaq.
Daha sonra iqtisadiyyat naziri Şahin Mustafayev bu məsələ ilə bağlı görülən işlərdən danışıb.
Müşavirədə bildirilib ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında, "ASAN xidmət" mərkəzlərində quraşdırılıb. Texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlara treninqlər keçirilib.
Xatırlatma
Bu il iyunun 29-da Milli Məclis "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsini qəbul edib.
Azərbaycanda bu il sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi də o sənəddə əksini tapmışdı.
Verilən məlumata görə, bu vəsiqələr digər ölkələrin uyğun orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb etməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?