GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Tarix: 4-09-2018, 16:16 Bölmə :Cəmiyyət Baxış: 577
Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)


Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.

gundemxeber.az “bakupost”a istinadən xəbər verir ki, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub. Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı “İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir: “27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən “İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında “taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.
Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib: “Orada cərrah Babək Zeynalov yaramı açdı, irindən, ölmüş toxumadan təmizlədi, yaraya ikitərəfli zont, drenaj saldılar. Bu əməliyyat 1 saat çəkdi, ağrıdan səsim klinikanı götürmüşdü.

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Əməliyyatdan sonra 8 gün Cərrahiyyə xəstəxanasında yatdım. Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim.

O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.

“Həkim çox adamları mənim günümə salıb”

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Bütün müalicələrin heç bir xeyrinin olmadığını görən Mehriban Mehdiyeva Türkiyəyə üz tutub: “Azərbaycanda həkimlər konkret bir söz demədiyindən, yaramdan irin və çirk axması davam etdiyindən, Türkiyəyə gəldim. Çox məşhur xəstəxanalarda, cərrahların, uzmanların müayinəsində oldum. Lakin heç kim tam sağaltmağa söz vermir, yaram çox dərindi, həm də vaxt itirmişəm, gec gəlmişəm. Bunun müalicəsi aylarla, hətta illərlə çəkə bilər. Bu hal məni çox üzür. Dəfələrlə intihar barədə düşünmüşəm, amma əzizlərim, 2 övladım gözümün önünə gəlir.

Əməliyyatdan sonra mənə yaxın insanlarda və digər pasiyentlərdə də bu klinikada Elvin həkimin əməliyyatından sonra tikişlərinin açılması, qarına su yığılması barədə narazı fikirlər eşitdim. Hətta uğursuz əməliyyat etdiyindən eyni əməliyyatı 2-3 dəfə təkrarlayıb. Deməli, mən tək deyilmişəm.

Mən bu məsələ haqda Birinci vitse-prezident Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə, Baş prokurora, Daxili İşlər Nazirliyinə şikayət ərizələri yazmışam. Ümid edirəm ki, mənim səhhətimə bu qədər zərər vuran həkim Elvin Əliyev barədə bir tədbir görüləcək”.

“Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir”

Mehriban Mehdiyeva Almaniyaya getməyə hazırlaşdığını deyib: “Mənə əməliyyat zamanı infeksiya salınıb, infeksiya, bakteriya əkilmək üçün verilib, uzun müddətə cavab çıxır. Gözləyə də bilmirik, çünki infeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi… Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin “həkim isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin.

Mən hələ Azərbaycanda olanda demişdim ki, mən sağalmasam, sizdən şikayət edəcəyəm və haqqınızda yazacağam ki, insanlar bilsin. İndi isə mənə və yaxınlarıma hədə-qorxu gəlir ki, heç nə paylaşmayım, susum”.

“Xəstə məni şantaj edir”

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev BakuPost-a açıqlama verib. O, xəstənin ittihamlarının heç birini qəbul etmədiyini bildirib:

“Bu iş hüquq-mühafizə orqanlarının nəzarətindədir və bizim tərəfdən məhkəməyə də verilib. Çünki pasiyent məndən şantaj məqsədilə pul istəyir – 10 000 manat. Özü də demişdi ki, pul alınmasa, bu cür paylaşımlar edəcək. Biz onun şantajına boyun əymədik. O xanımın əlində heç bir tibbi ekspertiza sənədi yoxdur. Ekspertiza rəyi olmadan həqiqətə uyğun olmayan informasiyaların yayılması cinayətdir”.

Həkim abdominoplastika əməliyyatından sonra belə nekrozlaşmaların olmasını mümkün sayır və iddia edir ki, bu, dünya praktikasında var:

“Sadəcə, əvvəldən cərrah bilə bilməz ki, hansı xəstənin yarasında nekroz olacaq. Olarsa da bu həyati təhlükə daşımır, sağalması da 3-4 ay uzana bilər. Bu müddətdə xəstə sarğılara normal gəlib, sarğı qaydasına əməl etməlidir. Bir xəstə sarğılara vaxtında gəlməyibsə, bu artıq həkimin günahı deyil.

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Ora əməliyyat zamanı infeksiya düşməyib, infeksiya heç vaxt 40 gün sonra özünü göstərmir. O xanımın dedikləri absurddur. Azərbaycanda o pasiyentə Nuru Bayramov kimi professor baxıb, rəy verib ki, sizin yaranızda xəstəxanada yatılacaq durum yoxdur. Tibb Universitetinin xəstəxanasında yatdığı dövrdə onun vəziyyəti kafi olaraq qiymətləndirilib. Problem yoxdur. Sadəcə o xəstə evə gəlib sarğılara getməklə müalicəni burda da davam etdirə bilərdi. Onun Türkiyəyə gedib klinikalar gəzməsi sonradan məndən pul almaq məqsədi daşıyır, şantajdır. Sağlamlığında ciddi problem olan adam internetdə bütün günü paylaşımlar etməz, gedər rəsmi müraciət edər. Bu xəstənin heç bir rəsmi sübutu, sənədi yoxdur”.

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)

Elvin Əliyev abdominoplastika əməliyyatında belə halların olduğunu və təcrübəsində ilk olmadığını bildirib: “Bu əməliyyatı edən bütün həkimlərdə belə halın baş verməsi normaldır. Bu əməliyyatda həkim səhvi yoxdur, bunu da sübut edəcəyik. Xanıma burda müalicə təklif etdik, o razılaşmadı. Bundan sonra hər şey hüquqi müstəvidə həll olunacaq”.

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda – İnfeksiya ətini yeyir/ FOTOLAR (16+)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​"Faytonçu" Nazimi əməliyyat edən həkimlə bağlı məhkəmə QƏRAR VERDİ

    ​"Faytonçu" Nazimi əməliyyat edən ...

    10-11-2017, 12:23

  • 
  • Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah həkimi bıçaqladı

    Qazaxda diaqnostika mərkəzinin baş həkimi cərrah ...

    31-08-2013, 12:52

  • 
  • Göyçay sakinini Bakıda bu günə qoydular - Dəhşətli fotolar

    Göyçay sakinini Bakıda bu günə qoydular - ...

    22-01-2015, 20:56

  • 
  • Bakıda "MedEra" klinikasının cərrahından qadınlara iyrənc 8 Mart təbriki

    Bakıda "MedEra" klinikasının ...

    9-03-2018, 16:19

  • 
  • Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

    Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra ...

    26-06-2017, 10:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu