Səhv müalicə olunan şəkər xəstəsini ölümcül vəziyyətə salan həkimlər indi də onu müalicə etməkdən imtina edir.
gundemxeber.az Axar.az-a istinadən xəbər verir ki, şəkər xəstəliyindən əziyyət çəkən Kamran adlı Göyçay şəhər sakini müalicə üçün Bakıya gəlib. Olduqca sağlam vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə gələn xəstə burada həkim səhlənkarlığının və savadsızlığının qurbanı olub.
Bununla bağlı jurnalist Elçin İsmayıllı məlumat paylaşıb. Xəstənin qohumlarının verdiyi məlumata görə, onu ölümcül duruma salan həkimlər onu müalicə etməkdən boyun qaçırıb. Hazırda ölümcül durumda olan xəstədən Bakı Sağlamlıq Mərkəzi də imtina edib. Məlumata görə, həkimlərin analiz etmədən şəkər xəstəsi olan Kamrana vurduqları iynədən sonra xəstə bu cür dəhşətli vəziyyətə düşüb.
Xəstənin qohumlarının verdiyi məlumata görə, adıçəkilən mərkəzə Səhiyyə Nazirliyindən yoxlama gəldiyi üçün xəstəni müvəqqəti olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Ancaq mərkəz xəstədən imtina edir və müalicə etməyi boynuna götürmür: “Kamranın durumu həddindən artıq pisdir. Onun “yandım” deyə qışqırığı ürək dağlayır. Səsinə səs verin”.
Sorğu
Yeni dizaynımız necədir?