Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib
«ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub».
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Məlumatda nota ABŞ vətəndaşı Dan Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə izah olunur.
H.Hacıyev bildirib ki, görüşdə D.Bilzeryanın Azərbaycanın dövlət sərhədi haqqında qanunu, miqrasiya məcəlləsini pozduğu, qanunsuz yolla odlu silahlar əldə etdiyi və bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.
Mətbuat sözçüsü bildirib ki, belə qanunsuz əməllərə görə, Azərbaycan Baş Prokurorluğu D.Bilzeryan ilə bağlı cinayət işi açıb və onun məsuliyyətə cəlb edilməsindən ötrü zəruri tədbirlər görülür.
Bu açıqlamaya ABŞ səfirliyi hələlik münasibət bildirməyib.
Sorğu
Yeni dizaynımız necədir?