“Xarici jurnalistlər Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda çıxışı zamanı deyib.
O bildirib ki, bəzi xarici jurnalistlər münaqişə zonalarında qanunsuz fəaliyyətə yol verirlər: “Azərbaycan beynəlxalq medianın hüquqlarını tanıyır. Lakin bəzi xarici jurnalistlər Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər edirlər. Biz xarici media nümayəndələrini Azərbaycanın qanunları və akkreditasiya qaydalarına hörmətlə yanaşmağa çağırırıq”./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?