Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.
Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:
Axır ki, Karina ilə real həyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Ama nahaq yerə. Hər şey möhtəşəm keçdi".
Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual həyatda dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb. Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.
Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib.
gundemxeber.az z minval.info-ya istinadən xəbər verir ki, bu məsələnin qabardığını görən Ruslana hadisə ilə bağlı açıqlama verib. O, siyasi məsələlərin onların dostluğuna mane olmadığını bildirib: "Bizim adi fotomuzu bəzi şəxslər böyük problemə çevirdilər. Karina və mən siyasətə qarışmırıq, biz bloqerik. Eyni sahədə çalışırıq, təbii ki tez-tez qarşılaşacağıq. Üstəlik, Karina çox yaxşı insandır, heç kimə pislik etməyib. Onun əlində olmayan bir şeyə görə Karinanı necə günahlandıra bilərəm? Çox gülməli adamlarsınız.
Biz onunla Ermənistanda, Azərbaycanda yox, ABŞ-da görüşmüşük. Dünyadan xəbərsizlər üçün bəlkə də bu yeni kəşf olacaq, amma bilin ki, başqa ölkələrdə düşmən ölkənin vətəndaşları bir-birilərini görəndə vəhşi kimi hücuma keçmirlər. Mən başa düşürəm, düşmən ölkənin vətəndaşı ilə üz-üzə gəlməyənlər bunu anlamayacaq, amma həqiqət budur. Universitetdə rektorumuz erməni idi, mən düşmən olduğu üçün başqa rektor tələb etməli idim? ABŞ-da, demək olar ki, bütün müəllimlərim ermənidir, dərslərini oxumamalıyam? Rusiyada ermənilər və azərbaycanlılar dostluq edirlər, görüşürlər. Hətta İstanbulda da ermənilər var. Orada belə onlarla normal davranırlar. Bunlar həqiqətdir, gözünüzü açın! İnsanların dostluqları siyasətdən asılı deyil. Biz Karina ilə bu barədə, ümumiyyətlə, danışmırıq. O erməni olaraq öz fikrində qalır, mən azərbaycanlı olaraq öz fikrimdə... Bunlar bizə dostluq etmək, iş görməyə mane olmur. Normal, dünyagörüşlü insanlar belə düşünür". Qeyd edək ki Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir. Karina Kasparyants isə Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?