Sabiq nazir Rusiya və Ukraynadakı pullarının və biznesini etibarlı şəkildə MDB sərhədlərindən kənara çıxarmaq istəyir və buna görə də icra başısı qohumunun xidmətinə ehtiyacı yaranıb
Hazırda Qazax rayonunda rəhbərlik edən Rəcəb Babaşov bu yaxınlarda keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qonağı olub. Bu barədə MilliYol-a daxil olan məlumatda bildirilir ki, sabiq nazirlə icra başçısı xaricdəki bizneslərini müzakirə ediblər.
Əldə etdiyimiz məlumata görə Ziya Məmmədov Avropadakı biznesini daha etibarlı şəkildə yerləşdirmək məqsədi ilə Rəcəb Babaşovla məsləhətləşmələr aparıb.
Qeyd edək ki. bir müddət əvvəl dövrü mətbuatda biznes işlərini qaydaya salmaq üçün Ziya Məmmədovun Avropaya getmək istəyi baş tutmaması barədə məlumat yayılmışdı. Bildirilirdi ki, sabiq nazir müəyyən səbəblərdən ölkəni tərk etmək izni ala bilməyib.
Xatırladaq ki, Məmmədovlar ailəsinin xaricdəki biznesini oğlu Anar Məmmədov idarə edir. Bir zamanlar Azərbaycan iqtisadiyyatında önəmli rol oynayan Məmmədovların Bakıdakı biznesi isə hazırda çökmüş və demək olar ki, müflis vəziyyətdəddir. Lakin ailəınin xaricdəki biznesi fəaliyyət göstərməkdə davam edir. Aldığımız məlumata görə isə Ziya Məmmədov xaricdəki biznesinin, xüsusən Ukrayna və Rusiyadakı biznesini gizlətmək qəraıana gəlib. Buna görə isə mütəxəssis olaraq qohumu Qazax rayon İcra Hakimiyyətini başçısı Rəcəb Babaşova müraciət edib. Qeyd edək ki, Ziya Məmmədovun qardaşı oğlu Rəcəb Babaşovun qızı ilə evlidir və icra başçısının Məmmədovlar ailəsi ilə yaxın münasibətlərdə olduğu bildirilir.
Məlumat üçün xatırladaq ki, Rəcəb Bababşov uzun müddət Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsində işləyib. Bu vəzifədə işlədiyi vaxt həm Vergilər naziri Fazil Məmmədovun, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin prezidenti Cavid Qurbanovun “qara kassası” olaraq tanınıb.
Rəcəb Babaşov offşor zonaları üzrə mütəxəssis olaraq da bilinir və yuxarıda adı keçən hər iki şəxsin külli miqdarda mənbəyi bilinməyən pullarını müxtəlif offşorlarda yerləşdirməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Rəcəb Babaşov haqqında yayılan bu məlumatlar “MTN işi” dövrünə təsadüf edir. “MTN işi”ndə adı keçən Rəcəb Babaşov o zaman məsuliyyətdən yaxa qurtarmaqla yanaşı Qazax rayon İcra Hakimiyyətinin başçısı postuna da yiyələnə bilib. Belə ki, həmin dövrün güclü və nüfuzlu nazirlərindən biri olan sabiq Fazil Məmmədov öz “qara kassasını” Vergilər Nazirliyində saxlamağın problemli olduğunu başa düşərək Bababşovu Qazaxa yollamağa nail olmuşdu.
Məlumatlı mənbənin bildirdiyinə görə Ziya Məmmədov Rusiya və Ukraynadakı pullarının və biznesini etibarlı şəkildə MDB sərhədlərindən kənara çıxarmaqda qərarlıdır və buna görə də sabiq nazirin qohumunun xidmətinə və məsləhətinə ehtiyacı yaranıb.
Yazıda adı keşən btün şəxslərin mövqeyini dərc eləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?