Azərbaycana qarşı təxribatlar törədən, qara piar aparan qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” Bakıya təhvil verilir
Sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb.
Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.
Qeyd olunur ki, F.Abbasov barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbayel Rayon Məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.
Fəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunda anadan olub. 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” seçilib. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.
F.Abbasov uzun illərdir Azərnbayncana qarşı hədyalar yağdırmaqla, ölkəmizin ərazi bütövlünyü əleyhınə fəaliyyət göstərməklə məşğul olurdu. O, müxtəlif konfranslarda ölkəmiz və qardaş Türkiyə əleyhinə cinayət xarakterli təxribatlar törədirdi. Sirr deyildi ki, o və ətrafındakı dəstə xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetırirdilər. Xüsusilə də, ermənilərlə əlbir olub İrəvandan yayımlanan “Talışıstan” televızıyasının fəaliyyətini koordinasiya edirdilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?