Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və o, 3 il 6 ay müddətinə azdlıqdn məhrum edilib.
Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və A.Babayev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittihamda yazılır ki, A.Babayev qarşı quldurluq edib. Belə ki, o, ötən il Nəsimi rayon ərazisində yerləşən "Muğan" bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu əlinə alıb, oradan uzaqlaşmaq istəyib. X.Qiyasbəyli isə onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb. Babayev polis əməkdaşları tərəfindən həbs edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?