Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə yeni müavin təyin olunub.
Bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Murad Mirzəzadə təyin edilib.
Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, M.Mirzəzadənin əmri sentyabr ayının 5-də verilib. Bu vəzifə indiyədək vakant olub.
Xatırladaq ki, Murad Mirzəzadə bundan əvvəl Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Operativ və hospital işləri üzrə müavini vəzifəsində çalışıb. Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, Nelli Veyisova öz ərizəsi ilə işdən çıxan Elmira Əliyevanın yerinə təyinat alıb./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?