Böyük Britaniyanın Skripal işində ittiham etdiyi rusiyalı Aleksandr Petrov və Ruslan Boşirov bildiriblər ki, bu ilin martında, həqiqətən də, Solsberi şəhərində olublar.
Onların müsahibəsi RT telekanalında yayımlanıb.
Onlar deyiblər ki, Skripalın yaşadığı Solsberi şəhərinə dostlarının məsləhəti ilə turist qismində gediblər. Onların sözlərinə görə, şəhərə martın 3-də çatıblar və bir saat gəziblər.
Bundan başqa, onların sözlərinə görə, Britaniyada Skripal işində göstərilən şəxslərdirlər və əsl adları Aleksandr Petrov və Ruslan Boşirovdur.
London Putini Skripalın zəhərlənməsində ittiham etdi Öz fəaliyyətləri ilə bağlı danışan zaman onlar orta səviyyəli sahibkar olduqlarını bildiriblər. Həmin şəxslər Rusiya hərbi kəşfiyyatında işləmədiklərini deyiblər.
Media qarşısına çıxmağa isə Rusiya prezidenti Vladimir Putinin sentyabrın 12-dəki çağırışından sonra qərar verdiklərini deyiblər. Rusiya prezidenti onların kriminal şəxslər olmadığını və ictimaiyyət qarşısına çıxmalı olduğunu bildirmişdi. /oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?