Britaniyanın Solsberq şəhərində QRU-nun sabiq əməkdaşı, Mİ6 üçün casusluq edən Sergey Skripalı zəhərləyən şəxslərin kimliyini müəyyən edib. Onlar Rusiyanın Baş Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları Aleksandr Petrov və Ruslan Boshirovdur. Ancaq İngiltərə polisi bu şəxslərin saxta ad və soyaddan istifadə etdiyini istisna etmir.
Böyük Britaniya Baş Naziri Tereza May deyib ki, Sergey Skripal və qzl Yulyanı zəhərləyən şəxslərin kimliyini müəyyən etmək üçün 250 dedektiv 11 min saatlıq kamera görüntüsünü təhlil edib, habelə 1400 şahid dindirilib.
QRU əməkdaşları “Noviçok” əsəb-iflic qazını Moskvadan Londona parfum qutusunda keçiriblər. Və Sergey Skripalı zəhərlədikləri günün axşamı Londondan Moskvaya uçublar. İngiltərə hesab edir ki, bununla da onların xeyrinə casusluq edən polkovnikin ölümünün Rusiya ilə bağlantısı aşkar edilib. London bu faktın BMT-də müzakirəsini tələb edir.
Sorğu
Yeni dizaynımız necədir?