Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızıda vəfat edib.
gundemxeber.az xəbər verir ki, bu barədə Facebook-da məlumat yayılıb.
Bir neçə gündür Türkiyədə "Hacettepe" xəstəxanasında müalicə alan Nigar elə xəstəxanada vəfat edib.
Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatda idi. "Space" və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1" Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb. Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində "Pamukun qonşusu" adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin "Bakıdan Nazim keçdi" adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca "Nazimin Bakı izləri", "Ölsəm yaşat" adlı sənədli filmləri təqdim olunub. 2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət "Bakıdan İstanbulacan və dönüş" adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan "Savaşçı"(aprelin izi ilə...) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?