Azərbaycanın tanınmış jurnalisti Mahal İsmayıloğlu dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, böyrək çatışmazlığından əziyyət çəkən Mahal İsmayıloğlu dializ üçün bu səhər Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Dializin bitməsinə beş dəqiqə qalmış komaya düşən jurnalist keçinib.
Ailəsi M.İsmayıloğlunun sabah dəfn olunacağını bildirir.
Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib.
1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?