Ukraynada cinsi xidmətlər təşkil edən azərbaycanlı və türkiyəli mühakimə edilib.
gundemxeber.az xəbər verir ki, Xarkovun bəzi hotelləri yüngül əxlaqlı qadınlarla əylənmək istəyən turistlərin məkanı olub.
Onlar bəzi hotellərdə turistlərə cinsi xidmətlər təklif edib. Azərbaycan və Türkiyə vətəndaşları olan iki nəfər maliyyə çətinliyi olan qadınları bu cür işlərə cəlb etməkdə şübhəli biliniblər.
Onlar dil biliyindən istifadə edərək, turistlərdən bu xidmət üçün 1,5 min qriven (53 dollar - red.) alıblar. Həmin pulun 500 qriveni (18 dolları) təşkilatçılara çatıb.
Məhkəmənin qərarı ilə onların hər biri dörd il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?