Aşura günü ilə əlaqədar 3 189 nəfər könüllü olaraq qan verib.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, ümumilikdə, qan verən şəxslərdən 1435 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Xatırladaq ki, könüllü qanvermə aksiyaları axşam saatlarına kimi, eləcə də Məhərrəmlik ayı boyunca davam edəcək. Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?