Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib.
O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.
Bura Təzə Pir məscidi, Hacı Soltanəli məscidi, Bibiheybət ziyarətgah məscidi, İçərişəhər Cümə məscidi, Qaraçuxur məscidi, Mirmövsüm Ağa ziyarətgah məscidi, Nizami rayon Keşlə qəsəbə məscidi, Sumqayıt şəhəri Cümə məscidi, Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhəri mərkəzi Cümə məscidi, Lənkəran şəhəri Böyükbazar Cümə məscidi, Bərdə şəhəri Cümə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi, Göyçay rayonu Əbülfəzlil Abbas məscidi, Quba rayonu Ərdəbil məscidi daxildir./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?