İranın cənubunda keçirilən hərbi paradda terakt baş verib. Hadisə zamanı 20-dən çox insanın həlak olduğu bildirilir. İran mətbuatı hücumun ərəblərin üstünlük təşkil etdiyi Əhvaz şəhərində baş verdiyini bildirib.
gundemxeber.az xəbər verir ki, Sozcu.az saytının rəhbəri və feysbuk sosial şəbəkəsində olan "Anti-İran" qrupunun yönəticilərindən olan Elşən Əlisoy feysbuk səhifəsində yazaraq bildirib ki, Bu hadisə o deməkdir ki, molla rejimi ilə artıq onun öz anlayacağı dildə danışmağa başlayırlar: "Terror hadisələrinin əksəriyyəti daha çox insanı qətlə yetirmək üçün əsasən adi vətəndaşların kütləvi olduqları yerlərdə baş verir. Terrorun qurbanları da ən çox adi insanlar olurlar.
İranda keçirilən hərbi parad zamanı baş verən atışma hadisəsinə diqqət edəndə görürsən ki,ölənlərin əksəriyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləridir. Bu o deməkdir ki, hadisəni törədənlərin hədəfi sakinlər yox, İran rejiminin hərbiçiləri və rejimin səlahiyyətli nümayəndələri olub. Hadisəni hansısa terror təşkilatının öz üzərinə götürməsi sadəcə olaraq, diqqət yayındırmaqdan başqa bir şey deyil.
İranda baş verən bu hadisə hansısa bir dövlətin xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyatdır. Bu o deməkdir ki, molla rejimi ilə artıq onun öz anlayacağı dildə danışmağa başlayırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?