İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, İranın Əhvaz şəhərində baş verən və 10-dan çox insanın ölümünə səbəb olan terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır.
Əhvaz şəhərində terror aktı bu gün səhər saatlarında baş verib. Hərbi parad zamanı naməlum şəxs ətrafdakılara atəş açıb. Hadisə zamanı 11 nəfə ölüb, 20-dən çox insan yaralanıb.
“Xarici rejimlər tərəfindən maliyyələşdirilən, silahlandırılan və təlim alan terrorçular Əhvazda terror hücumu həyata keçirdilər. Ölənlər arasında uşaq və gənclər də var. Terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır”, - Zərif “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, İran öz vətəndaşlarını qorumaq üçün cəld və qərarlı şəkildə cavab tədbirləri həyata keçirəcək.
IRNA agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti Səudiyyə Ərəbistanla əlaqəli olan “Əhvazdakı vətənpərvər ərəb demokratik hərəkatı” öz üzərinə götürüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?