AXCP sədrinin müaşvirinin həbs müddətinin bitməsinə iki gün qalıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, həbsdə olan Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. O, həbs müddətinin bitməsinə iki gün qalmış cərimə təcridxanasına (karserə) salınmasına etiraz edir.
Bu barədə Amerikanın Səsinə Məmməd İbrahimin oğlu Turan İbrahim bildirib.
O hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında atası ilə görüşmək üçün növbə gözləyir.
Turan İbrahim bildirib ki, atasını sentyabrın 27-də cərimə təcridxanasına (karser) salıblar, guya onun yastığının altından bıçaq tapılıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, qanunvericiliyə uyğun olaraq vaxtaşırı cəzaəçəkmə müəssisələrində, isitntaq təcridxanalarında axtarış-baxış tədbirləri keçirilir.
“Növbəti belə axtarış-baxış tədbiri zamanı M.İbrahimin yataq yerindən kəsici-deşici alət aşkar edilib. Hazırda bununla bağlı araşdırma aparılır və hüquqi qiymət veriləcək. M.İbrahim cərimə təcridxanasına salınıb”, o qeyd edib.
Sadıqovun sözlərinə görə, hüquqi qiymət verildikdən sonra, cinayət tərkibi olarsa cinayət işi qaldırılacaq.
AXCP sədrinin müşavirinin cərimə təcridxanasına salınması sosial şəbəkələrdə müzakirlərə və tənqidlərə yol açıb.
Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?