Bakıda "Qarabağa Azadlıq" tələbiylə mitinq keçirilir.
Qarabağ Azadlıq Təşkilatı (QAT) və bəzi siyasi-ictimai xadimlərin təşkil etdiyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.
Mitinq dövlət himni ilə açıq elan edilib. Mitinqə türk tələbələr də qatılırlar. Mitinqdə təxminən iki min nəfərə yaxın insan iştirak edir.
Sonra Hacı Vidadi Qarabağ şəhidlərinin ruhuna fatihə oxuyub.
**
Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı nə qırar verməsundən asılı olmayaraq arxasında olacağıq. Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!
**
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl çıxış edərək bildirib ki, gecə-gündüz çal-çağır davam edir, gənclər buganələşiblər. Biz tələb edirik ki, ATƏT-in Minsk qrupu bizim işğal olunmuş ərazilərimizdə məskunlaşmaya imkan verməsinlər.
“Qarabağ” futbol komandasının fanatlar klubunun üzvləri də mitinqə qatılıblar.
**
2-ci qrup Qarabağ əlili Bəhman Qurbanov bildirib ki, telekanallarda verilən verilişlər nəticəsində gənclər arasında vətənpərvərlik təbliğ olunmur. Gənclər şərəfli yol keçən Qarabağ qazilərindən deyil, müğənnilərdən örnək alırlar.
**
İsgəndər Həmidov çıxış edərək mitinqə gələnlərdən 5 alayın hazır olduğunu dedi.
1-ci qrup Qarabağ əlili Azər Hüseynov isə telekanallardan ucuz şouların yerinə vətənpərvərlik verilişləri hazırlamalarını istədi.
Azərbaycan əsgərinə salam göndərdi. Dedi ki, bu mitinq başlanğıcdır. Qarabağ üçün iqtidarla müxalifəti birləşməyə çağırdı.
Sonra Pənah Hüseyn danışdı.
**
Sonda qətnamə qəbul olunub. Qətnamədə erməni işğalı pislənilib, Qarabağın işğaldan azad unuması üçün təkilflər səsləndirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?