Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim Azad Ələkbərov vəfat edib.
GundemXeber.Az bildirir ki, bu barədə Oxu.Az-a A. Ələkbərovun vəkili Fuad Ələkbərov məlumat verib.
O deyib ki, A.Ələkbərov Müdafiə Nazirliyinin Hospitalında sentyabrın 28-dən 29-na keçən gecə vəfat edib. Vəkilin sözlərinə görə, A.Ələkbərov bir müddət əvvəl infarkt keçirib.
Qeyd edək ki, A. Ələkbərov Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?