Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Eldəniz Quliyev vəsatət qaldırıb. O, vəsatətində bildirib ki, ibtidai istintaq dövründə cinayət işində kobud qanun pozuntuları olub. Vəkil cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını tələb edib. Vəsatət təmin olunmayıb. Məhkəmənin baxış iclası oktyabrın 9-na təyin edilib. İttiham aktına əsasən, Ş.Mövsümov "Bank Respublika"nın sabiq əməkdaşıdır. O, həmin bankda inkassator vəzifəsində çalışıb. Cinayət matereallarına görə, Ş.Mövsümov bankın 90 min manat pulunu mənimsəyib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ş.Mövsümov Cinayət Məcəlləsinin.179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham edilir./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?