Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, T.Xanlarovanın və digərlərinin hər biribib himayəsində azyaşlı uşaqları var.
Prosesdə zərərçəkmişlər vəsatət qaldıraraq təqsirləndirilən şəxslərin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini və məhkəmə zalından həbs edilmələrini istəyiblər.
Məhkəmə müşavirədən sonra qərar qəbul edib. Qərara əsasən təqsirləndirilənlərdən Fərəh Rəşadətli məhkəmə zallnda həbs edilib.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə həmin şəxslərin 3 milyon manata yaxın pulu əkə keçirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilmişdi. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?