GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata - İyrənc cinayətin təfərrüatları

Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata - İyrənc cinayətin təfərrüatları

Tarix: 2-10-2018, 14:44 Bölmə :Cəmiyyət Baxış: 712
Oğlunu öldürüb gəlini ilə eşq yaşayan ata - İyrənc cinayətin təfərrüatları


Oğlunu öldürən ata və gəlin cəzalarının azaldılması üçün Ali Məhkəməyə müraciət ediblər.

Gundemxeber.az ölkə.az-a istinadən xəbər verir ki, CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 326.1-ci (rəsmi sənədləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə) maddəlləri ilə məhkum olunan 1936-cı il təvəllüdlü Quba rayon sakini Həsrət Əliyev və gəlini Yeganə Ərəbova 1970-ci il təvəllüdlü Elman Əliyevin ölümündə təqsirli biliniblər.

Belə ki, 2015-ci il mayın 14-də hadisə yerinə baxış zamanı Quba rayonunun Hacıqayıb kəndində Həsrət Əliyevə məxsus 2 mərtəbəli fərdi evin arxa tərəfində yerləşən və istifadə olunmayan ayaqyolunun çalasının qazıntısı zamanı, torpaq altından, kürək hissədən üzü aşağı, iki hissəyə cırılmış uzunqol köynək, corab, əski, torbaya bükülmüş və iplə sarınmış vəziyyətdə insan skeleti aşkarlanıb.

Məhkəmə-genetik ekspertizasının nəticəsindən görünüb ki, hadisə yerindən götürülmüş diş nümunələri Həsrət Əliyev və Minafər Əliyevanın kişi cinsindən olan bioloji övladına məxsusdur. Tibbi ekspertizanın rəyinə görə, təqdim olunan sümüklər 25-35 yaş hüdudlarında olan insana məxsusdur. Sümüklərdəki dəyişikliklərə görə, onların basdırılma müddəti 10-15 il əvvəlki vaxta uyğun gəlib. Kəllədəki sümüklərin sınıqları küt əşyanın təsirindən əmələ gəlib, mərhuma ən azı 5 zərbə endirilib, xəsarətlər baltanın küt hissəsi, yaxud da cəkiclə yetirilib. Ölümünə başın küt travması nəticəsində beyin toxumasına qansızma səbəb olub.

İbtidai araşdırma zamanı məlum olub ki, Həsrət Əliyev 2001-ci il sentyabrın 20-də Quba RPŞ-yə ərizə ilə müraciət edərək, 1970-ci il təvəllüdlü oğlu Elman Əliyevin ayın 19-dan evdən xəbərsiz RF-ə getməsi və hal-hazıra kimi ondan bir xəbər olmamasını bildirib.

Mayın 29-da cinayətin törədilməsində şübhəli bilinən mərhumun arvadı Yeganə Ərəbova, səhərisi gün isə atası Həsrət Əliyev saxlanılaraq, dindiriliblər.
Toplanmış sübutlardan görünüb ki, cinayət hadisəsi üstündən 13 il 8 aydan artıq müddət keçdikdən sonra açılıb. Bu müddət ərzində mərhum Elman Əliyevin qohumları və həmkəndliləri onun Rusiyaya getdiyini və ailə üzvləri ilə əlaqə saxlamadığını zənn ediblər.
İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev arvadı Minafər, oğlu Elman, gəlini Yeganə Ərəbova və azyaşlı nəvəsi Ravidlə birlikdə Hacıqayıb kəndində yaşayıblar. 2001-ci ilin iyul ayından etbarən, gəlinindən qadın kimi xoşu gəldiyinə görə, ona olan intim hisslərini nümayiş etdirib.

Oğlu Elman onun bu davranışından, hamilə vəziyyətdə olan Yeganəyə əxlaqsız niyyətlə yanaşmasından şübhələnərək, sonuncudan atasına qulluq göstərməməyi, onunla təklikdə qalmamağı tələb edib və evdə ailə başçısı kimi nüfuz sahibi olan Həsrət Əliyevə kobud cavablar qaytarmaqla, habelə apardıqları ümumi təsərrüfat işləri üzrə verdiyi tapşırıqlarının icrasından imtina edib. Bu müddətdə arvadı ilə də münasibəti pisləşib, iş o yerə çatıb ki, Elman Yeganəni evdən qovmaq istəyib. Özünə yaxın bildiyi Ərəbovanın çıxıb gedəcəyi təqdirdə, onunla yaxın münasibət yarada bilməyəcəyi qənaətinə gələn, həmçinin övlad kimi Elmanın ona hörmətsizlik etməsindən əsəbləşən Həsrət Əliyev 2001-ci il sentyabrın 18-də gəlininə olan hisslərini bir daha açıqlayaraq, onunla birlikdə yaşamağı təklif edib, Yeganə və uşaqlarına himayədarlıq edəcəyini və əmlakını onun üçün saxlayacağını vəd edib. O, oğlunu öldürmə niyyətində olduğunu, Elmanı öldürdükdən sonra onun Rusiyaya getməsi barədə yalan məlumat yaymaqla, geyim paltarlarını və adına olan rəsmi sənədləri yandırıb, məhv edilməsi barədə Ərəbova ilə razılığa gəlib. Sentyabrın 19-da digər ailə üzvləri evdə olmadığı zaman Elman Əliyevi öldürmək qərarına gəliblər. Bu məqsədlə Həsrət Əliyev saat 24 radələrində evin həyətində olan baltanı əlinə alıb, arxasında gizlədərək yaşadıqları evin 1-ci mərtəbəsinə daxil olub və oğlunu səsləyib. Elman 2-ci mərtəbədən aşağı endikdə, o, ailələrinə məxsus alma bağına nəzarət etmək üçün ora getməyi tapşırıb, lakin sonuncu atasının tapşırığına növbəti dəfə əməl etməyərək, gecə vaxtı bağa getməkdən imtina edib.

Elman sözünü deyib, dönüb oradan uzaqlaşarkən Həsrət Əliyev arxasında gizlətdiyi baltanın küt hissəsi ilə onun ənsə və gicgah nahiyələrindən ardıcıl zərbələr vuraraq, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib. Elman Əliyev üzü üstə yerə yıxıldıqdan sonra balta ilə onun kürəyindən də zərbələr endirib. Sonra oğlunu arxası üstə çevirən ata cəkiclə onun qabırğalarına bir neçə zərbə vurub. Törətdiyi cinayətin izini gizlətmək məqsədi ilə, aralarında olan razılığa əsasən, Yeganə ərinin əynindəki paltarları çıxardaraq meyidi bükmək üçün mələfə gətirib. Paltarları, ayaqqabılarını və pasportunu həyətdə ocaq qalayıb, yandırmaqla qəsdən məhv edib. Həsrət Əliyev baltanın kəsici hissəsi ilə mərhumun boğaz nahiyəsindən başın bədəndən ayrılmasına səbəb olan zərbə endirib. Daha sonra onlar meyidi ağ mələfəyə bükərək, üstünü sintetik materialdan olan iplərlə bağlayıblar və köməkləşib, birgə cəsədi evin arxasına aparıblar. Orada onu ayaqyolunun çalasına atıb, üstünü torpaq və ağac parçaları ilə doldurmaqla, Elman Əliyevi qəsdən öldürüblər.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Həsrət Əliyev 14, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Hökmdən məhkum H.Əliyev barəsində bəraət xahişi ilə apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ŞOK: gəlini ilə sevişən ata oğlunu doğradı

    Azərbaycanda ŞOK: gəlini ilə sevişən ata oğlunu ...

    7-10-2015, 00:23

  • 
  • Qaynatası ilə əlbir olub ərini doğradı

    Qaynatası ilə əlbir olub ərini doğradı ...

    16-10-2015, 14:31

  • 
  • Aygün Bəylərin qardaşı yenidən məhkəmə qarşısında

    Aygün Bəylərin qardaşı yenidən məhkəmə qarşısında ...

    7-09-2018, 15:46

  • 
  • Qubada  müəmmalı ölüm

    Qubada müəmmalı ölüm ...

    5-06-2013, 02:07

  • 
  • Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü

    Ata 14 yaşlı oğlunu 50 yerdən bıçaqlayaraq öldürdü ...

    21-07-2014, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu