GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avtobusun narkoman sürücüsü evin tək oğlunu öldürüb - yeni şok təfərrüatlar

Avtobusun narkoman sürücüsü evin tək oğlunu öldürüb - yeni şok təfərrüatlar

Tarix: 3-10-2018, 11:10 Bölmə :Cəmiyyət Baxış: 381
Avtobusun narkoman sürücüsü evin tək oğlunu öldürüb - yeni şok təfərrüatlar


Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşan avtobusun daha bir sərnişini həyatını itirdi; sürücülük üçün müraciət edənlər niyə narkotestdən keçirilmir?

Xəbər verildiyi kimi, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmir yolu keçidində baş verib.

Hadisə nəticəsində Şakir Əliyev və Yusif Dadaşzadə ölüblər, 42 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 5-i azyaşlıdır.

Unikal.org qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb. Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.

“Ayşən LTD”nin xanım direktorunun kefi niyə yaxşıdır?

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda da cinayət işi başlanıb.
Marşrut xəttinin məxsus olduğu “Ayşən LTD” MMC-nin direktoru İradə Əliyevanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi olduğu iddia edilir. Ötən il də bu şirkətə məxsus bir neçə avtobus qəza törədib. İ.Əliyeva unikal.org-a baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini deyib: “Özüm yaxşıyam. Məni narahat etməyin. Baş verən hadisəyə münasibət bildirmək istəmirəm. Bakı Nəqliyyat Agentliyi jurnalistlərin suallarını cavablandırır. Bu barədə sizə də məlumat lazımdırsa, Bakı Nəqliyyat Agentliyinə müraciət edin”.

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, qəzadan sonra daşıyıcı şirkətə xəbərdarlıq olunub: “Hələlik baş verən hadisə ilə bağlı araşdırma gedir. Son qərar veriləcək. Daşıyıcının xətdən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 7 marşrut xətti məhz “Ayşən LTD” MMC-yə məxsusdur.

Aman, narkoman!

Hadisənin əsas günahkarı olan sürücü Əlixan Şirəliyev bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. Belə ki, baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Nəqliyyat üzrə ekspertlər bildirir ki, sürücülük üçün müraciət edənlər ilk növbədə ciddi şəkildə narkotestdən keçirilməlidir. Çünki sərxoş sürücüləri müəyyənləşdirmək mexanizmi asan olsa da, narkotik maddə qəbul etmiş sürücüləri belə tez aşkarlamaq mümkün deyil. Bu halda əsas məsuliyyət daşıyıcı şirkətlərin üzərinə düşür. Onlar işə götürdükləri hər bir sürücüdən narkoloji test olunmağı tələb etməlidirlər. Narkoloji dispanserdən sürücülər keçib, analizin nəticələrini gətirməlidirlər. Şirkət də bilməlidir ki, doğrudan da bu sürücü narkotik aludəçisi deyil. Yalnız narkoloji testlər vasitəsilə müəyyən etmək olar ki, sürücünün narkotik asılılığı varmı. Çünki iş vaxtı sürücünün narkotik qəbul etdiyini müəyyənləşdirmək çətindir. Avtobusları da adətən dövlət yol polisləri saxlamır. İri tutumlu sərnişin avtobuslarında sürücülərdə bir arxayınlıq yaranır ki, onsuz da onları yol polisləri saxlamayacaq.

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Yaralıların vəziyyəti ağırdır

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralıların əksəriyyətinin yerləşdirildiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında hazırda 12 nəfər saxlanılır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 3 yaralı əməliyyat olunub, 2 nəfərin vəziyyəti ağırdır.

“Semaşko” xəstəxanasına 6 nəfər yerləşdirilib, onlardan 2 nəfəri artıq evə buraxılıb. Qalan yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır. Həmin şəxsin böyrəyinin biri kəsilib götürülüb.

Travmatologiya İnstitutuna isə 3 nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri oktyabrın 2-də əməliyyat olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Biri liseydə müəllim, digəri isə evin tək övladı olub” – Qatar qəzasında dünyasını dəyişənlər

    “Biri liseydə müəllim, digəri isə evin tək övladı ...

    2-10-2018, 15:55

  • 
  • Bakıda dəhşətli qəza: qatar sərnişin dolu avtobusu vurdu - 1 ÖLÜ, 34 YARALI VAR - YENİLƏNİB

    Bakıda dəhşətli qəza: qatar sərnişin dolu ...

    1-10-2018, 16:31

  • 
  • Sentyabrın 27-də Sumqayıt şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib.

    Sentyabrın 27-də Sumqayıt şəhər prokurorluğunun ...

    1-10-2018, 17:30

  • 
  • Binədəki qəzada yaralananlarla bağlı Oqtay Şirəliyev xüsusi tapşırıq verdi

    Binədəki qəzada yaralananlarla bağlı Oqtay ...

    2-10-2018, 09:45

  • 
  • Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin sayı ARTDI

    Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin ...

    2-10-2018, 10:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu