Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin səhətində problem olduğunu və hadisə törədən zaman xəstə olduğunu bildirib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin tibbi ekspertizadan keçirilməsini istəyib. Vəsatət təmin edilməyib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxışında Z.Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığını və məhkəmədən vaxt tələb edib. Məhkəmənin növbəti iclası oktyabrın 19-na təyin edilib. İttiham aktına əsasən, Z.Rəsulov arvadını pul üstündə mübahisədən sonra qətlə yetirib./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?