Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.
GundemXeber.Az bildirir ki, bu barədə "Report"a RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib. Aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq. Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?